Avropa Məhkəməsinə qadın rəhbərlik edəcək – İlk dəfə

40

Avropa İnsan Hüquqları Məhkəməsinə yeni prezident seçilib.
Elchi.az xəbər verir ki, bu gün xanım Siofra Oliri yeni prezident seçilib.
Avropa İnsan Hüquqları Məhkəməsinin ilk qadın rəhbəri olan xanım bu vəzifədə Robert Spanonu əvəzləyəcək.
O, vəzifəsinin icrasına 2022-ci il noyabrın 1-dən başlayacaq.