Avropa Liqası: həftənin ən yaxşı futbolçusu…

43

Avropa Liqasında qrup mərhələsinin birinci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Elchi.az xəbər verir ki, bu ada “Latsio”nun oyunçusu Matias Vesino sahib olub.

Otuz yaşlı yarımmüdafiəçi Tokmak Nquen (“Ferentsvaroş”), Markinyos (“Arsenal”) və “Betis”dən Villian Jozeni qabaqlayıb.

Qeyd edək ki, Vesino komandasının “Feyenoord”u 4:2 hesabı ilə məğlub etdiyi matçda dubla imza atıb.