Avropa İttifaqı Azərbaycana pul VERƏCƏK

66

Avropa İttifaqı (Aİ) Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə əlavə 4,25 milyon avro ayırır.

Elchi.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviterdə bildirib.

“Şadam ki, Avropa İttifaqı ən böyük donor olaraq “ANAMA-nın imkanlarının inkişaf etdirilməsi yolu ilə məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi” layihəsi çərçivəsində Azərbaycana əlavə 4,25 milyon avro ayırır”, – deyə o qeyd edib.