Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirilib

44

Slovakiyanın Banska-Bistritsa şəhərindəki XVI Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) açılış mərasimi keçirilib.

Yarışa 33 idmançı ilə qatılan Azərbaycan nümayəndə heyəti parada beşinci sırada çıxıb.

“SNP Stadium”dakı paradda komandanın bayraqdarları cüdoçu Qadir Hüseynov və atlet Səkinə Hacızadə olublar.

Bağlanış mərasimi iyulun 30-da baş tutacaq.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) himayəsi altında keçirilir. Yarışda 13 – 18 yaş arasındakı gənclər mübarizə aparacaq.

Xatırladaq ki, EYOF sonuncu dəfə 2019-cu il 21 – 27 iyulda Bakıda təşkil olunub.