Azərbaycan cüdoçusu Ruslan Nəsirli Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatını beşinci pillədə başa vurub.
Elchi.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal görüşündə italiyalı Yan Karlettiyə uduzub.
Beləliklə, Azərbaycan yığması qitə birinciliyində fərdi mübarizəni beş medalla bitirib. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.
Sentyabrın 18-də komanda yarışları baş tutacaq.
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
Azərbaycanın üç bədii gimnastı Bolqarıstanın Burqas şəhərində keçiriləcək “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində iştirak edəcək. Elchi.az xəbər verir ki,...