Avrokomissar: “Rusiya vətəndaşlarının Aİ-də 13,8 milyard avro vəsaiti dondurulub”

59

Rusiya vətəndaşlarının Avropa İttifaqında dondurulmuş 13,8 milyon avro vəsaitinin 12 milyonu cəmi 5 ölkədə yerləşir.

Elchi.az-ın xəbərinə görə, bunu Avropa İttifaqının ədliyyə komissarı Didye Reynders Praqada keçirilən konfransda bildirib.

Komissar konkret ad çəkməsə də, Almaniyanın ədliyyə naziri ölkəsində rus iş adamlarına məxsus 4,8 milyard avronun dondurulduğu barədə məlumat verib.

“Biz digər ölkələri də oxşar addım atmağa təşviq etməliyik” – deyə Reynders bildirib.

İyun ayının sonuna olan məlumata görə, Qərb ölkələri rus iş adamlarına məxsus 30 milyard dolları və Rusiya Mərkəzi Bankının 300 milyard dollarını dondurub. Əməliyyatı Avropa Komissiyası, ABŞ, Kanada, Avstraliya, Yaponiya və Birləşmiş Krallıq birgə həyata keçirib.