Səbuhi Rəhmlidən astroloji proqnoz …
QOÇ – Daxili sabitliyinizi qoruyun. Əks təqdirdə müttəfiqləriniz sizdən uzaqlaşa bilər. Çalışın ki, hər bir davranışda səmimi və təbii olasınız. Yalan vədlər verməkdən uzaq olun.
BUĞA – Müəyyən təsirlərə məruz qalacağınız gözlənilir. Bunun qarşısını almaq üçün riskli sövdələşmələrdən, məsuliyyətli işlərdən uzaq durmalısınız. Günün ikinci yarısını gəzintilərə həsr edin.
ƏKİZLƏR – İştirakçısı olduğunuz proseslərə ciddi yanaşsanız, gün ərzində nəzərdə tutduğunuz perspektivlərin əksəriyyətinə qovuşacaqsınız. Sağlıq durumunuza fikir verin, əsəblərinizi qoruyun.
XƏRÇƏNG – Hələ də böyük planlarınızın reallaşmaması daxili gərginliyinizi artıra bilər. Buna baxmayaraq, özünüzdə təmkin tapıb Ulu Yaradana ümid bəsləyin. Uzaq səfərə çıxmaq olar.
ŞİR – Sürprizlər yolunuzu gözləyir. Bu səbəbdən də bir yerdə durmamalısınız. Evə bir qədər gec getsəniz də olar. Əsas məsələ planlarınızı həyata keçirməkdir. Dostlarınıza qarşı soyuqlaşmayın.
QIZ – Ulduzların düzümü maliyyə imkanlarınızın genişlənəcəyindən xəbər verir. Varlanmaq üçün xeyli şanslarınız var. Bu istiqamətdə hər bir mümkün variantdan yararlanın.
TƏRƏZİ – Daha bir səmərəli gün yaşayacaqsınız. Astroloji göstəricilər hər hansı qanqaraçılığın mümkünlüyünü təkzib edir. Qərarlarınızda qəti olsanız, bəxtiniz də gətirəcək.
ƏQRƏB – Ünsiyyətdə olduğunuz bütün insanlarla davranışlarınızı səmimilik üzərində qurun. Yaxın günlərdə maddi problemlərinizin aradan qalxacağına nikbin yanaşın. İnsanlara inamla baxın.
OXATAN – Olduqca təzadlı gündür. Ünsiyyətdə olduğunuz adamlar sizi çaşdıra bilər. Gələcək perspektivlərinizi reallaşdırmaq üçün müzakirələrə başlayın. Ulduzlar sizi müdafiə etməkdədir.
OĞLAQ – İşlə bağlı müəyyən mübahisələriniz gözlənilsə də, bu, nəzərdə tutduğunuz planların reallaşmasına mane olmayacaq. Bu gün ailə-sevgi münasibətlərindəki passivliyi mütləq aradan qaldırın.
SUTÖKƏN – Səhər saatlarında müəyyən gərginliklə rastlaşsanız da, bunun neqativ nəticələri görünməyəcək. Təxminən saat 12-dən vəziyyətiniz düzələcək. Amma sağlamlığınızı da gözdən qoymayın.
BALIQLAR – Etibar etdiyiniz bəzi şəxslər tərəfindən aldadıla bilərsiniz, ələlxüsus da yaxın ətrafınız tərəfindən. Belə məqamlarda soyuqqanlılıq nümayiş etdirməyiniz vacibdir. Bu gün qazanmaq ehtimalınız da var.