“Qalatasaray”ın qapıçısı Fernando Musleraya Avropadan gələn təkliflərin sayı artır. Uruqvaylı qolkiper indi də “Arsenal”ın maraq dairəsinə düşüb.
Məlumata görə, Peter Çeхin transferi üçün “Çelsi” ilə danışıqlar aparan “topçular” mənfi cavab alıb. Bundan sonra isə “Arsenal” rəhbərliyi baş məşqçi Arsen Vengerin istəyi ilə Musleranı transfer siyahısına salıb.
“Qalatasaray”ın Avropadan təklif alan digər üzvü Koray Günterdir. 20 yaşlı stoperi Dortmund “Borussiya”sı geri qaytarmaq istəyir.
2008-2013-cü illərdə “Borussiya”nın aşağı yaş qrupları üzrə komandalarında futbolun sirrlərini öyrənən Koray 2013/14 mövsümündə əsas heyətlə bir bundesliqa matçına çıхmışdı. O, ötən mövsümün qış fasiləsində transfer olunduğu “Qalatasaray”ın əsas heyətində 26 oyun keçirib.
Məlumata görə, “Borussiya” mövsümün sonunda Matt Hummelsi “Barselona” və ya “Mançester Yunayted”ə satacaq. Məşqçilər korpusu onun yerinə Korayı transfer etmək niyyətindədir. Almanlar bu transfer üçün “Qalatasaray”a 7 milyon avro ödəməyə də hazırdır (ANS PRESS).