“Aris”in futbolçusu: “Bakıya qələbə üçün gedəcəyik”

55

“Bakıya da qələbə üçün gedəcəyik”.

Elchi.az-ın məlumatına görə, bunu “Aris”in futbolçusu Matiya Şpolyariç Kiprdə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

25 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin güclü komanda olduğunu bildirib: “Rəqibi yaxşı təhlil etmişdik. Onlara qarşı yüksək təzyiq göstərdik. Çoxlu epizodlar yaratdıq, daha çox qol vura bilərdik”.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 28-də olacaq.