“Qubad bəy sizin kimi mağarlarda 10-15 vətəndaşla görüşməyib…”
Qubad İbadoğlunu dəstəklədiyinə və yeni başqan Arif Hacılıya asi düşdüyünə görə Müsavat sıralarından kənarlaşdırılan Məhəbbət Muradov Moderator.az-a aşağıdakı məzmunlu yazı göndərərək onun sayta yerləşdirilməsini xahiş edib:
“İkram İsrafilin aşağıdakı yazısına xatırlatma:
“İkram bəy, Gubad İbadoglu elmdə sozün demiş, siyasətdə imzasın 2000-ci ildə ilkin seçkidə yapışdırmış, 2003-cü ildə İsa Qəmbərin “qələbə” payında istinad etdiyi platformalarda əksin tapıb, 2005-ci ildə “Azadlıq Bloku”nda ən uğurlu siyasi və ictimai təbliğatı qurub və mənəvi “qələbə” qazanıb, (21 ildir bizə mənəvi qələbə yedizdirənlərin partiyasıdır Müsavat). Sizin kimi mağarlarda 10-15 vətəndaşla görüşməyib, xeyir-şər mağarından kənarda keçirdiyiniz ən uğurlu görüşünüzü mənim də təşkilində təmsil olunduğum “İnşaaatçılar” qəsəbəsindəki görüşünüz olub, (inkar etməzsiniz məncə) amma sonucda sizin kimi də mandatla müjdələnməyib. Sizin seçicisi olduğunuz vətəndaşın heç birinin yanında olmamanız Müsavata ən böyuk zərbələrdən idi.
Arif Hacılını dəstəkləmənizin səbəbi də bəlli və gözlənilən idi: Birincisi, 2005-ci ildə mandat alıb MM-də olub Müsavata vurduğunuz sağalmaz yara, nüfuzdan salmaq, vətəndaşın ümidin qırmağınızda Arif Hacılının rolu danılmazdır. İkincisi, Arif Hacılı adlı siyasi lider yoxdur, siyasi tabut var. Siyasi tabutun yanında olanların növbəti mərhələdə mandatla mükafatı olacaqdır…
Qubad bəy haqda yazmaq məsuliyyət tələb edir, sizin və başqanınız Arif Hacılının ətrafında olanların cəmi bunu haqq etmir.
Divanınıza, məclisinizə, MNTK-nıza yaxşı baxın:
Azərbaycan deyil, heç zəif Müsavatı belə ifadə etmir…”
İkram İsrafil: “Hörmətli Qubad bəyə və bu gün də onun həqiqət olmayan məlumatlarına etibar edən dəyərli Müsavatçılarımıza bir həqiqəti xatırlatmağı özümə borc bildim.Qurultay günü axşam Qubad bəyin yazdığı statusu oxudum, çox sevindim.(indi o yazını tapa bilmədim).Səhəri gün zəng edib bir daha təşəkkür elədim ki, əsl Müsavatçı mövqeyidir,hətta dostumuz Arzu Səmədbəyli ilə məsləhətləşdik ki, Qubad bəyə Məclis sədrliyini təklif edək. Bəli, dostlar, Qubad bəy gəldi və bu təklifi Cəmil Unal abimizin, Liderimiz İsa Qəmbərin, Almaz xanımın,Nüşabə xanımın və digər dostlarımızın yanında ona təklif etdim və israr etdik ki, razılaşsın və hamımız birlikdə qurultayın həm bizlərə, həm də cəmiyyətə verdiyi qürurun sevincini yaşayaq. Malesəf olmadı. Hər şey gecə ikən, bizlər yuxuda olarkən dəyişibmiş. Bir neçə saat ərzində bu dərəcədə dəyişilmək mümkündürmü, dostlar?”