Ankaranın məşhur binası Azərbaycan bayrağına büründü

42

Ankara şəhərində yerləşən məşhur əkiz qüllələr Azərbaycan və Türkiyə bayraqlarının rəngləri ilə işıqlandırılıb.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında məlumat yayıb.

“An etibarilə Ankara. Azərbaycan yalnız deyil, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Biz tək millət iki dövlətik”, – diplomat yazıb.