Elchi.az Trend-ə istinadən xəbər verir ki, Afrində Türkiyə tankının ABŞ istehsallı “Javelin” tank əleyhinə reaktiv kompleksindən vurulduğu müəyyən edilib.
Türkiyə mətbuatı yazır ki, bundan əvvəl Ankara Birləşmiş Ştatlara “Javelin” komplekslərinin alışı ilə bağlı müraciət etsə də, Vaşinqton bu komplekslərin Türkiyə ordusuna satışından imtina edib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
Elchi.az xəbər verir ki, İsrailin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlarda daha 62 fələstinlinin ölməsi ilə 7 oktyabrdan bu yana...