Ankara ilə Afina arasında əsl müharibə gedir – Dryuten

47

Türkiyə və Yunanıstan arasında NATO daxilində əsl müharibə gedir.

Elchi.az xəbər verir ki, bunu alman ekspert Karolin Dryuten deyib.

Dryuten buna misal olaraq 80-90-cı illərdə Türkiyə və Yunanıstan arasında az qala silahlı münaqişələrə çevrilən qarşıdurmaları göstərib. O, həmçinin iki ölkə arasında karbohidrogen yataqları və yunan adalarının hüquqi statusu ilə bağlı son mübahisəni də xatırladıb.

“Türkiyə və Yunanıstan NATO üzvləri kimi rəsmi müttəfiqdir. Lakin son vaxtlara qədər bu ölkələr dəfələrlə müharibə astanasında dayanıblar. Avqustun sonunda Ankara Afinanı Türkiyə təyyarələrinə S-300 sistemindən raket atmaqda ittiham edib”, – ekspert bildirib.