ANAMA sədri: “Laçında minatəmizləmə işləri davam etdirilir”

49

“Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycanın nəzarətinə keçən gündən etibarən Müdafiə Nazirliyi ilə birgə həmin ərazilərdə minatəmizləmə əməliyyatlarına başlanılıb”.

Elchi.az xəbərinə görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu yaxınlarda Müdafiə Nazirliyi ilə birgə Laçında aparılan minatəmizləmə işləri ilə bağlı birgə məlumat yayıblar: “Həmin məlumatlarda yeni mina sahələrinin aşkarlanması öz əksini tapmışdı. Aşkar olunan minalar məlum olub ki, Ermənistan tərəfindən müharibədən sonra istehsal olunub. Bu da qarşı tərəfin məkrli siyasətini əks etdirir”.

ANAMA sədri qeyd edib ki, hazırda Laçında minatəmizləmə işləri davam etdirilir: “Müdafiə Nazirliyinin və ANAMA-nın əməkdaşları oradadırlar. Əhalinin ora tez bir zamanda qayıtması üçün minatəmizləmə işləri ilə məşğul olurlar”.