ANAMA: Azad edilmiş ərazilərdə daha 51 mina aşkarlanıb

53

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Elchi.az-a bildirilib ki, iyulun 4-dən 8-ə qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 46 piyada əleyhinə mina, 5 tank əleyhinə mina və 264 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 586 hektar ərazi mina və PHS-lərdən təmizlənib.