ANAMA əməkdaşı minaya düşdü

36

2022-ci il 30 avqust tarixində işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib.

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Partlayış nəticəsində, minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Nəcməddin Abdulla oğlu Hüseynov yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.

Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.