“Amrah Bank” və “Atabank”ın əmanətçilərinə 47 milyon manatdan çox kompensasiya ödənilib

4

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Amrah Bank” və “Atabank” ASC-lərin əmanətçilərinə 1-10 iyun tarixlərində 47,1 milyon manat kompensasiya ödəyib.

Elchi.az bu barədə Fonda istinadən xəbər verir.

Xatırladaq ki, kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir. 

“Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.