AMEA-nın müəssisələri bu nazirliyin tabeliyinə verildi

35

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Elchi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.