“AMEA-nın ləğv olunması fikri kökündən yanlışdır” – NAZİR

18

“Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması fikri kökündən yanlış fikirdir”.

Elchi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

“Çünki AMEA Azərbaycanda elmi fəaliyyətin baş verdiyi əsas yerdir. Azərbaycanın bir çox görkəmli alimlərinin, hətta ictimai-siyasi həyatının vacib simalarının böyük bir hissəsinin fəaliyyəti məhz AMEA ilə əlaqədardır. Qətiyyən bu qərarı AMEA-nın ləğvi kimi qiymətləndirmək düzgün deyil. Çünki AMEA öz fəaliyyətini davam etdirir. Sadəcə olaraq AMEA-nın tabeliyində olan bəzi elmi-tədqiqat institutlarının tabeliyi Elm və Təhsil Nazirliyinə verilib. Tabelik və elmi fəaliyyət qarışdırılmamalıdır. Hətta yeni struktur yaradıldıqdan sonra belə istər texniki-texnoloji, istərsə də humanitar sahələr üzrə alimlərin yenə də AMEA-da elmi prioritetləri müəyyənləşdirmək elmi fəaliyyətlə bağlı ölkənin vacib istiqamətlərini müəyyən etmək səlahiyyətləri olduğu kimi qalır”, – deyə nazir vurğulayıb.