“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və istirahətinin təşkil edilməsi məqsədilə qurumun “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsi ayrılıb”.
“Report” xəbər verir ki, bunu AMEA-nın İşlər idarəsinin müdir müavini Sərdar Əliyev deyib.
S.Əliyev bildirib ki, Xüsusi Komissiya yaradılıb, mütəxəssislər cəlb olunaraq ərazidə xəritələmə və sahə bölgüsü işləri aparılıb: “Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə hər biri 10 sot olmaqla 343 sahə ayrılıb”.
İdarə rəsmisi torpaq sahəsinin iki il müddətinə verilməsinin nəzərdə tutulduğunu, səmərəli istifadə ediləcəyi təqdirdə müqavilənin uzadılacağını diqqətə çatdırıb: “Əməkdaşlara torpaq sahəsində müvəqqəti istifadə üçün daldalanacaq yerləri, vaqonlar quraşdırmağa, ərazini çəpərləməyə və ya metal torla bağlamağa icazə veriləcək”.
Ərazidə yaxın günlərdə yolların çəkilməsi prosesinə başlanılacağını deyən S.Əliyev sahələrdə bütün ekoloji tələblərə və sakitliyə təmiz riayət olunacağını söyləyib.
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub. Elchi.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən...