AMEA-da ELMİ NAİLİYYƏTLƏR SƏRGİSİ TƏŞKİL OLUNUB

45
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaq keçirilib. Tədbirdən əvvəl müxtəlif dövlət qurumlarının rəhbərləri, səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri Akademiyanın fəaliyyətini əks etdirən elmi nailiyyətlər sərgisi ilə tanış olublar.

Pavilyonlarda AMEA-nın son illər istehsal etdiyi yeni məhsullar, o cümlədən Azərbaycan, rus və ingilis dillərində jurnal, kitab, kitabça, buklet və s. nəşrlər nümayiş olunub, monitorlarda institut və təşkilatların fəaliyyətini əks etdirən videoçarxlar təqdim edilib. Sərgini ziyarət edən qonaqlar Akademiyanın elmi müəssisələrində yerinə yetirilən tədqiqatlar, innovativ layihələr, elmi nəticələr, o cümlədən beynəlxalq əməkdaşlıq əlaqələri haqqında geniş məlumat əldə ediblər.

AMEA-nın institut və təşkilatları, regional bölmə və elmi mərkəzlər, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə təqdim edilən eksponatlar qonaqlar tərəfindən maraqla qarşılanıb.