Almaniyanın xarici işlər naziri Annalena Burbok Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Rusiya və İran liderləri Vladimir Putin və İbrahim Rəisi ilə foto paylaşdığına görə tənqid edib.
Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Almaniyanın “Bild” nəşri yayıb.
Burbok sözügedən şəkli “NATO üçün çağırış” adlandırıb. Onun fikrincə, bu, “sadəcə anlaşılmazdır”.
Xatırladaq ki, iyulun 20-də Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğan Tehranda keçirilən üçtərəfli sammitin yekunlarına dair bəyanat qəbul ediblər. Tərəflər Suriyadakı mövcud vəziyyəti müzakirə edib, son beynəlxalq və regional hadisələri nəzərdən keçirib və Suriya böhranının dinc və davamlı həllində Astana prosesinin aparıcı rolunu qeyd ediblər.
Tədbirdən öncə liderlər birgə şəkil çəkdiriblər. Həmin şəkildə 3 lider əl-ələ tutaraq, sevinclərini ifadə ediblər.