İyulun 23-də Almaniyanın paytaxtı Berlində keçirilən gey-paradın şərəfinə ilk dəfə olaraq parlament binasının – Bundestaqın üzərində LGBT bayrağı dalğalandırılıb.
Elchi.az yerli KİV-ə istinadən bildirir ki, bayraq səhər saatlarından Bundestaq binasının cənub-qərb qülləsində yerləşdirilib.
Şərq və qərb tərəflərində daha iki bayraq qaldırılıb.
Qeyd edək ki, 2022-ci ilin aprelində Almaniya Daxili İşlər Nazirliyi LGBT icmasının bayrağının dövlət qurumlarının qarşısında və ya üzərində qaldırılmasına rəsmən icazə verib.