Almaniya Ukraynaya Avropa İttifaqından (Aİ) 8 milyard avroluq makromaliyyə yardımının ayrılmasına kömək edəcəyinə söz verib.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib. Onun sözlərinə görə, Almaniya müharibənin ilk günlərindən Ukraynaya böyük miqdarda maliyyə yardımı ayırıb. Qeyd edək ki, D.Şmıqal Almaniyanın maliyyə naziri Kristian Lindnerlə onlayn görüş keçirib. Almaniyalı nazir Ukraynaya makromaliyyə yardımı almaqda kömək edəcəyinə söz verib.
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola biləcəyi ilə bağlı zarafat edib....