Almaniya Bundestaqının vitse-prezidenti Bakıya səfər edəcək

63

Almaniya Bundestaqının vitse-prezidenti Katrin Herinq-Ekhardt Azərbaycana səfər edəcək.

Elchi.az Almaniyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, səfər iyulun 18-də baş tutacaq.

Səfər zamanı rəsmi görüşlərdən başqa, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər və hüquq müdafiəçiləri ilə görüşlər planlaşdırılıb.