Almaniya Bundestaqı İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib.
Elchi.az DW-də istinadən xəbər verir ki, Almaniya Bundestaqı Kanada, Estoniya, Danimarka və Norveçdən sonra prosesi təsdiqləyən növbəti qanunverici orqandır.
Almaniya müdafiə naziri Kristin Lambrext Bundestaqda çıxışı zamanı bildirib ki, İsveç və Finlandiyanın NATO-ya qoşulması qərarı çox vacibdir.
“Bu doğru addımdır və bizim tam dəstəyimizi haqq edir. Finlandiya və İsveçi NATO üzvü kimi qəbul etməklə biz azadlıq və demokratiyanı gücləndirmiş oluruq. Onların qoşulması nəinki Alyansı daha da genişləndirəcək, həm də Avropa və transatlantik həmrəyliyini gücləndirəcək”, Lambrext bildirib.
G7 İsrailin İrana hücumunu müzakirə edəcək
Aprelin 19-da G7 ölkələri xarici işlər nazirlərinin İtaliyadakı görüşündə İsrailin İran ərazisinə iddia edilən hücumu ilə bağlı vəziyyət müzakirə ediləcək....