QMİ-nin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, QMİ sədri sözügedən ordenlə Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən təltif edilib. Belarusun dövlət başçısı müvafiq göstərişi sentyabrın 1-də imzalayıb.
Şeyxülislam fəaliyyətinə verilən yüksək qiymətə görə A. Lukaşenkoya minnətdarlığını bildirib, ona təqdim edilən ordeni Azərbaycanda mövcud tolerantlıq ənənələrinə verilən yüksək qiymət kimi dəyərləndirib.
A. Paşazadə ali mükafata Belarus-Azərbaycan dövlətlərarası münasibətlərinin inkişafına verdiyi şəxsi töhfəsinə, Belarus və Azərbaycan respublikaları arasında ticari-iqtisadi və mədəni əlaqələrin genişlənməsi fəaliyyətinə, həmçinin dinlərarası razılığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə layiq görülüb.