AMEA-nın illik hesabat iclasında prezidenti Akif Əlizadənin mənzil məsələləri ilə bağlı səsləndirdiyi fikirlərə AMEA-nın Aspirantlar yataqxanasının mənzil almaq hüquqları pozulan sakinlərin cavabı
Sürəti: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Sürəti: Kütləvi informasiya vasıtələrinə
Cənab İlham Əliyev!
Bütün Azərbaycan xalqı bilir ki, iki ildir biz, Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında yerləşən Aspirantlar yataqxanasının sakinləri Sizin 2012-ci ildə verdiyiniz göstərişin AMEA prezidenti Akif Əlizadə və “Evrostroy-S” MMC tərəfindən həyata keçirilmədiyini və 128 mənzillik bir binanın mənimsənildiyi faktını KİV-lərdə dəfələrlə işıqlandırmışıq. Eyni zamanda bu iki il ərzində, dəfələrlə Azərbaycan Respublikası Prezident Adminsrtasiyasında, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilliyində (OMBUDSMAN), o cümlədən bütün dövlət qurumlarında dəfələrlə qəbullarda olmuşuq. Təəssüflər olsun ki, bu günə qədər bizim haqlı müraciətlərimiz nəticəsiz qalmışdır. Göydələnlərin mühasirəsində 18 m2 yataqxana otaqlarında yaşamağa məhkum AMEA-nın keçmiş və indiki əməkdaşları olan, biz yataqxana sakinlərinin ümidlə gözlədiyi mənzil almaq hüquqları aşkar şəkildə AMEA rəhbərliyi tərəfindən tapdan mışdır. 1 may 2019-cu il tarixdə Akif Əlizadə AMEA-nın illik hesabat yığıncağında iştirak edən KİV nümayəndələrinə verdiyi müsahibədə də bizim mənzil almaq hüquqlarımızın olmadığını həyasızcasına iddia etdi. Xatırladaq ki, Akif Əlizadə KİV-nə verdiyi açıqlamalarla cəmiyyətin gözündən pərdə asaraq özünü təmizə cıxarmağa çalışır. Cənab Prezident, Akif Əlizadənin 01.05.2019 tarixli açıqlaması, Sizin 2012-ci ildə yataqxanada yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə imzaladığınız sərəncamla tam ziddiyyət təşkil edir.
Akif Əlizadənin dediklərindən:
- “Akif Əlizadə iddia edir ki, 2010 və 2011-ci illərdə akademiyaya aid olmayan, çalışmayan insanlar ev növbəsinə yazılmışdır, onlardan qurtulmaq üçün bizim səylərimiz lazım idi.”
Akif Əlizadəyə bildiririk ki, Aspirantlar yataqxanasının biz mənzil almaq hüquqları pozulan sakinləri, yataqxanaya özbaşına gəlməmişik, hər birimiz Gənc mütəxəssis kimi bu ünvandan mənzil növbəsinə qeydə alınmışıq və 30 ilə yaxındır ki, bu ünvanda yaşayırıq.
2.“AMEA prezidenti Akif Əlizadə utanmadan bildirir ki, əvvəlki illərdə növbəyə duranlar arasında hərc-mərclik var idi.”
Nəzərinizə çatdırırıq ki,Yataqxananın həyətində tikilən 128 mənzildən ibarət (I və II) iki bloklu binanı şirkət rəhbərliyi ilə əlbir olaraq mənimsəyən AMEA prezidentinin keçmiş rəhbərliyi hərc-mərclikdə günahlandırmağa haqqı çatırmi? Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyəti dövründə bizə verilmiş orderlərin saxta olduğunu bu gün iddia edən Akif Əlizadə xatırlamalıdır ki, bu orderin verilməsi AMEA yataqxana və mənzil komissiyasının 2002-ci ildə tərtib edilmiş protokolları əsasında verilib və o vaxt AMEA-nın Rəyasət Heyətinin üzvü, hazırda AMEA-nın prezidenti olan Akif Əlizadə də həmin protokolun təsdiq edilməsini imzalayıb. Belə çıxır ki, o vaxt Akif Əlizadə saxta işə imza atıb?!
Akif Əlizadənin dediklərindən:
“Saxta yollarla mənzil almağa görə 3-4 ildə məhkəmələrdə Akademiyanın düzgün mövqeyini isbat etmişik.”
Doğurdan da yataqxana sakinlərinə verilən mənzilləri geri alaraq yataqxanaya aidiyyatı olmayan, kənardan gətirilən 17 ailəyə “bağişlanması” saxtakarlıqla mənzil almaq deyilmi? Baxmayaraq ki, həmin mənzillərdən bəzilərinə məhkəmə tərəfindən həbs qoyulmuşdur, ancaq mənzillərin qanuni sahiblərinə qaytarılması qərəzli şəkildə uzadılır. Məhkəmə orqanlarının qərarlarına da məhəl qoymayan Akif Əlizadənin qeyd olunan fikirləri akademiyanın saxtakarlığa yol verdiyini əyani şəkildə sübut edir.
“ BUDURMU AKEDEMİYANIN DÜZGÜN MÖVQEYİ” .