Alimlər İlham Əliyevdən imdad diləyir

156

Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev12 ünvanında yerləşən Yataqxanada daimi qeydiyyatda olmaqla yaşayan və yaşadıqları mənzilə orderi olan, AMEA rəhbərliyi tərəfindən hüquqları pozulmuş sakinlər tərəfindən

Müraciət

HörmətliAzərbaycan RespublikasınınPrezidentiCənabİlhamƏliyev!

Biz dəfələrləSizəyataqxanada yaşayan sakinlərin mənzil məsələsi ilə əlaqədar müraciət etmişik.Lakin hələlik bizim müraciətlərin heç bir nəticəsi olmayıb.Bütün idarələr, hüquq-mühafizə orqanları, məhkəmələr bizim qanuni hüquqlarımızı heçə sayır, baş vermiş bütün qanun pozuntularına, korrupsiya və mənimsəmə faktlarına göz yumaraq, ədalətsizlik edirlər. Biz həmişə Sizi, Heydər Əliyev kursunu dəstəkləmişik və prezident seçkilərində də Sizə səs vermişik. Sizə həmişə inanmışıq və Sizi Azərbaycanda demokratik dövlətin qurucusu kimi təsəvvür etmişik. Siz həmişə xalqın prezidenti olduğunuzu qeyd etmisiniz. Axı biz də bu xalqın nümayəndəsiyik. Axı bizim də bu ölkədə yaşamaq hüququmuz, konstitusiyaya görə mənzil hüququmuz var. Hansı əsasla əməlləri qanun pozuntuları ilə dolu olan AMEA rəhbərliyi və AMEA mənzil komissiyasının sədri, müavini və katibi, AMEA yataqxana və mənzil komissiyasının 2002-ci ildə tərtib etdiyi və o vaxt AMEA-nın Rəyasət Heyətinin üzvü, indi AMEA-nın prezidenti olan Akif Əlizadənin də təsdiq edilməsinə razılıq verdiyi protokol əsasında verilmiş bu orderləri “qeyri-qanuni” hesab edirlər? Onların sözlərindənbelə çıxır ki, o vaxt Akif Əlizadə saxta işə imza atıb,mərhum prezident Heydər Əliyevdüzgün sərəncam verməyib.Belə də məsuliyyətsizlik və hörmətsizlik olarmı?

Necə olur ki, AMEA prezidenti Akif Əlizadənin sözü və özü Azərbaycan Respublikasının qanunlarından yuxarıda durur və ona çatanda bu qanunlar işləmir? Yataqxana sakinləri üçün tikilmiş binadakı 128 mənzildən bir dənə də olsun yataqxana sakinlərinə verilməyib, AMEA-ya aidiyyatı olmayan başqa şəxslərə satılıb. Müraciət etdiyimiz orqanların hamısı (prokurorluq orqanları, Korrupsiya ilə Mübarizə İdarəsi, məhkəmələr) göstərilən bütün sənədlərə, sübutlara göz yumaraq, onun tərəfini saxlayır? Açıq-aydın bu qədər mənimsəmə, korrupsiya halları olmasına baxmayaraq, onlar Sizi necə aldada bilirlər?

Möhtərəm Prezident, əgər həqiqətən də xalqın Prezidentisinizsə, bizim səsimizə səs verin, bizim hüquqlarımızı qoruyun. Bu məsələ ilə əlaqədar AMEA nümayəndələrini çağıranda, heç olmasa onlarla bərabər yataqxana sakinlərindən də 2 nümayəndə çağırın ki, biz qanuni sənədlərlə hər şeyi onlara sübut edək. Onlar Sizi aldatmasınlar. Əgər Siz də bizim hüquqlarımızı qoruya bilməyəcəksinizsə, onda bir yolumuz qalır: başımızı götürüb bu ölkədən getmək…