Alimlər Akif Əlizadənin sözşüsünə cavab verdi

14

AMEA MƏTBUAT XIDMƏTININ RƏHBƏRI ZÜLFÜQAR FƏRZƏLIYEVƏ CAVAB
Artıq 2 ildir ki, biz A. M. Şərifzadə küçəsi 12 ünvanında yerləşən Aspirantlar yataqxanasının mənzil hüquqları pozulan sakinləri, dəfələrlə KİV-lər vasitəsi ilə mənzil problemimizlə bağlı müraciətlər ünvanlamışıq. Bu açqlamalarla da, biz qanuni sənədləri əsas tutaraq AMEA rəhbərliyinin bu ünvanda tikilən binaları öz gəlir mənbəyinə çevirdiyini göstərmişik. 2012-ci ildən bu günə kimi AMEA rəhbərliyi var qüvvəsi ilə çalışıb ki, bu ünvanda yerləşən mənzillərdən öz əlində daha çox mənzil saxlasın. Bir neçə institutun bağlanması, kütləvi ixtisarlar AMEA rəhbərliyinin bu planları həyata keçirmək üçün vasitəçi olub. Dövlət Başçısının verdiyi göstərişdə Yataqxana sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması vacibliyini önə çıxarmasına baxmayaraq, AMEA rəhbərliyi bu göstərişi öz xeyrinə yönəldib bizim taleyimizlə oynayıb və oynayır. Akif Əlizadə heç də mətbuat xidmətinin rəhbəri Zülfüqar Fərzəliyevin iddia etdiyi kimi gözü- könlü tox məmur deyildir. A.M. Şərifzadə 12 küçəsindəki layihənin dadı damağında qalan Akif Əlizadə AMEA-nın hektarlarla ərazilərində öz biznesini inkşaf etdirməyə başlayıb. Belə ki, cəmiyyətin gözündən pərdə asmağı artıq vərdiş halına çevirmiş AMEA rəhbəri yeni ”Science City” layihəsi ilə gündəmə gəlmişdi. Birbaşa bizim problemimizi ikinci plana atan ( 2-ci plan demək olarsa), bu layihə ilə özünü humanistlik simvolu kimi göstərən AMEA rəhbərliyi yeni gəlir mənbəyinin ləzzətini çıxarır və yataqxana sakinlərini kateqoriyalara ayıraraq qəbullarında olduğumuz dövlət qurumlarında nüfuzdan salır.
Akif Əlizadə öz biznesini daha da genişləndirərək 2017-ci ildə AMEA-nın Abşeron rayonu Saray qəsəbəsindəki torpağında “ Science City” adlı yaşayış kompleksinin təməlini təntətnəli şəkildə bayram elədi. Cəmiyyətdə isə özünü alimlərin xilaskarı olan AMEA-nın Şeyxülislamı elan elədi. “ Science City” yaşayış kompleksində isə mənzil almaq istəyən AMEA əməkdaşları üçün aldığı mənzilin 1m2  470 manat həcmində vəsait ödəməsi şərtini qoydu. 250- 300 manat maaş alan AMEA əməkdaşı hansı güzəştli şərtlərdən istifadə edə bilər ki, mənzil əldə edə bilsin. Həmin tarixlərdə AMEA institutlarının koridorlarında asılan elanda ”Nağd ödənişlə mənzil almaq istəyən AMEA əməkdaşları 10 yanvar 2018-ci il tarixinədək tikinti şirkətinə müraciət edə bilərlər. Tel-(+99450)-207-36-16 E-mail: info@sahilmtk.com məlumatı da yer alırdı. Necə deyərlər “ toxun acdan nə xəbəri”. Öz babalarının cəddinə arxayın olan Akif Əlizadəni artiq zəlil etdiyi yataqxana sakinləri maraqlandırmir, gələcəkdə qazanacağı pulların şirin xəyalı ilə yaşayaraq məst olurdu.
AMEA-nın mətbuat xidmətinin rəhbəri Zülfüqar Fərzəliyevin dediyi kimi 85 yaşlı dünya görmüş insan niyə bu qədər dünya malına aşiqdir. Əgər tikilən I və II bloklar AMEA rəhbərliyinin verdiyi çıxarışla şirkət rəhbərliyi tərəfindən satılmayıbsa, bəs bizim mənzillərimiz haradadır? AMEA rəhbərliyinin atdığı bütün addımların arxasında yalnız və yalnız şəxsi mənafeyi durur. Mətbuat katibi qeyd edir ki mənzil verilən (satılan) ailələr mənzil növbəsində olduqları üçün mənzil alıblar. Mənzil satılan həmin adamlar yataqxananın süpürgə otağına qeydiyyatda olub, yatqxananın qapısını tanimayan insanlardır. Xatırlatmaq istəyirik ki bu Yataqxanada mənzil almayan sakinlərin də hər birinin mənzil növbəsi var və bu haqda olan lazımi sənədlər mənzil komisiyasına təqdim olunub. Mətbuat katibi lap dərsə hazır gəlməyən müəllim kimi cəmiyyəti yola verir. Ümumiyyətlə AMEA-da cəmiyyətin gözündən pərdə asmaq artıq trendə çevrilmişdir.
Mətbuat xidmətinin rəhbəri Zülfüqar Fərzəliyevə bildirmək istəyirik ki, Akif Əlizadə və əlaltılarının qeyri-qanuni mənimsədyi (guya öz pulları ilə aldığı) evlərin siyahisını mətbuatdan əldə edə bilər.
Gorəsən, “gozü tox” 85 yaşlı Akif Əlizadə bizim kimi 22 m2 yataqxana otağında yaşayırdı, və ya evsiz idi ki, sahəsi 178,3 m2 olan 2 ədəd 4 otaqlı və sahəsi 63,4 m2 olan 2 ədəd 2 otaqlı mənzilləri bir gündə mənimsəyibdir.
Bu faktlar “dünya malında gözü olmayan” 85 yaslı dünya görmüş akademikin görünməyən tərəfidir…..