Vətəndaş həmrəyliyi partiyasının (VHP) mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumata görə bu gün 29 sentiyabr 2013 tarixində partiya mərkəzi qərargahında keçrilən toplantıdan sonra qərargahdan cixan aktiv gənclərə hücum edilərək döyülmüşlər.
Verilən məlumata görə Vətandaş həmrəyliyi partiyasının aktiv üzvü İlqar İsmayılov,Azərbaycan demokrat partiyasının üzvü Eldar Rəşidov,tanınmış köşə yazarı və ictimai aktiv Rəşad Həmzəzadəyə “Şah İsmayıl Xətai metrosu”yaxınlığında təxminən 6-7 qolu zorlu şəxslər hücum edərək döymüşlər. İlqar bəyin VHP-nın mətbuat xidmətinə söylədiynə görə onlara hücum edən şəxslər aktivistləri döyərək”siz kimsiniz ki hökümət əleyhinə danışırsiz”deyirlərmış.İlqar bəy onuda xüsusi vurğuladı ki,yaxınliqda asayış keşiyində duran Polis post patrul xidməti əməkdaşları bu hadisəni gördükdə hadisəyə müdaxilə etmədən ərazidən uzaqlaşmışlar.
Toplantida iştirak edən əməkdaşımiz Elnarə Kərimovanın verdiyi məlumata görə,toplantı zamanı söz alan İlqar İsmayılov və Rəşad Həmzəzadə ölkədə olan son durumla yanaşı eyni zamanda siyasi baxışlarına görə həbs olunan dindar kəsimin tez bir zamanda azad olunmasi üçün ölkədə olan bir çox avropa ölkələrinin səfirlərini o cümlədən avropa şurasına imza toplayib məktub göndərməklə bu işi hər zaman diqqətdə saxlamağı dilə gətirmişlər və gəncləri bu kimi işlərdə dahada aktiv olmağa səsləmişlər.