Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 373 yeni yoluxma faktı qeydə alınıb, 321 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Ölkədə indiyədək 798 011 nəfər koronavirusa yoluxub. Onlardan 786 056 nəfər müalicə olunaraq sağalıb, 9746 nəfər vəfat edib, aktiv xəstə sayı 2209 nəfərdir.