Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyu gün anın ölkəni birdəfəlik tərk edəcəyi barədə xəbərlər yayıb. Bu gün “Mediaport” etibarlı mənbələrdən “siyasi qaçışla” bağlı informasiya əldə edib.
Məlumatda bildirilir: “Əvvəllər də xəbər verdiyimiz kimi, baş nazirin həyat yoldaşı Anna Akopyan və qızı Maryam Paşinyan ölkəni tərk etməyə hazırlaşırdılar. Bu gün onlar Rusiyaya çox gizli bir şəkildə səfər ediblər. Akopyanı onlarla silahlı mühafizəçinin müşayiət etdiyini öyrəndik. Nikol Paşinyanın tapşırığı ilə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Akopyan üçün Rusiya tərəfindən də xeyli sayda silahlı təhlükəsizlik işçisi istəyib”.
Ehtimal olunur ki, Anna Akopyan Rusiya vətəndaşlığını almaq üçün bu ölkəyə gedib. Ermənistan hökumətindən isə kimsə bu günə qədər yayılan sensasiyalı məlumata münasibət bildirməyib.