Akif Səlimov şagirdlərə "oxumayın" dedi…

17

Akif_Səlimov_IBir neçə gün öncə, daha dəqiqi aprelin 7-də Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Sumqayıtdakı Qubadlı Mədəniyyət Sarayında Laçın rayonundan olan məcburi köçkünlərlə görüş keçirib. Bu barədə cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, demək olar ki, bütün görüşü müharibə hazırlığı üzərində quran A.Səlimov orta və musiqi məktəbləri ilə bağlı şok iddialar səsləndirib. İndiki şəraitdə məktəblərdə elmli və yüksək musiqi istedadına malik şagirdlərin yetişdirilməsinə lüzum olmadığını bildirən icra baçısı, orta məktəblərin yalnız hərbi məktəblər üçün şagird yetişdirməsinin vacibliyini vurğulayıb.

Yalnız hərbi hazırlıq məsələsi üzərində dayanan icra başçısı orta və musiqi məktəbləri qarşısında onların mahiyyətinə zidd tələblər qoyub. İcra başçısının orta və musiqi məktəblərinə hərbi təyinatlı məktəblər statusunda yanaşması toplantıda itirak edən bəzi ziyalıların gülüş və narazılığına səbəb olsa da, heç kim bu narazılığı açıq şəkildə ifadə etməyib.