ASPİRANTLAR YATAQXABNASINİN SAKİNLƏRİNİN DÖVLƏT BAŞÇISI, CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ
Hörmətli cənab Prezient!
İnanırıq ki, bizim problemimizdən Sizin xəbəriniz yoxdur. Baxmayaraq ki, Sizə 1000-dən çox məktub və teleqramlar ünvanlamışıq, amma heç bir nəticə yoxdur. Bizim istəyimiz sadəcə mənzil almaq hüququmuzun bərpa olunmasıdır. Biz də arzusundayıq ki, evimiz olsun, övladlarımızın yaşamağa minimum həyat şəraiti olsun. Necə ola bilər ki, bir qurumun Prezidentinin saya gəlməz evləri olduğu halda, gəncliyini bu quruma həsr eden əməkdaşın heç nəyi olmasın”bir həsir bir Məmməd Nəsir” olsun. Amma AMEA-nın illərdir verdiyi 240 manat maaşla bunu həyata keçirmək mümkün deyildi. Çox götür- qoylardan sonra AMEA prezidenti mərhum Mahmud Kərimov Sizə müraciət etdi. Sizin göstərişinizdən sonra axır ki, tale üzümüzə gülmüşdü. Elə sevincimizi tam yaşamamışdıq, hələ hər şey kağız üzərində ikən, xəbər gəldi ki, mərhum M. Kərimovun prezidentlik kürsüsünə Akif Əlizadə seçilib. Həmin gündən də çırağımız söndü. Hər gün rəhbərlikdən hədə-qorxu xəbəri gəlməyə başladı. Biz belə olacağını düşünməmişdik, bizim imzalarımız toplananda, övladlarımız kölgəsində böyüdüyü ağacların doğranmağına göz yumanda da düşünürdük ki, evimiz olacaq. Görünür, o ağacların ahı bizi tutdu ki, yeddi ildir küçələrdəyik. Bir müddət sonra AMEA-dan xəbər gəldi ki, Mənzil komisiyası təşkil olunub, ”araşdırmalar” aparılacaq, saf-çürük olunacaq. Məlum məsələ idi ki,rəhbərlik niyə buna ehtiyac duymuşdu? Əlbəttə ki, bizi düşündüyündən deyildi, Akif Əlizadə, əlaltıları işlər müdiri F.Abdullayevlə, onun müavini S. Əliyevin qızıl boşqabda qarşısına gətirdikləri yağlı tikənin ətrindən bihuş olmuşdu. Beləliklə, Komissiya sözün əsl mənasında “ işləməyə” başladı. Görnüşdə yoxlama aparan Komisiya yuxarıdan verilən göstərişlərlə qərarlar çıxarmağa başladı. 2013 -cü il, 2014-cü il, 2015-ci il, hədə dolu xəbərlər qurtarmırdı. Bizi gözdən çıxaran Akif Əlizadə və əlaltıları mənzil haqqında məlumat verməyi belə özlərinə rəva görmürdülər. AMEA– nın məqsədi, yalnız bizim mənzillərimizi mənimsəməkdən ibarət idi. Heç vaxt xəyalımıza gəlməyən bir yola sürüklənərək, bizim də qismətimizə qəbullarda sürünmək yazıldı. ”Sən saydığını say gör fələk nə sayır” bİz saf düşüncə ilə fikirləşdik ki, Prezident Administrasiyasında qəbulda olan kimi mənzil almaq hüquqlarımız bərpa olunacaq. Göründüyü kimi heç də belə olmadı, get –gəl başladı. Məmurlar Akif Əlizadənin və “EvroStroy-S” MMC adını eşidəndə daş- atıb başlarını tuturdu. Bizi isə dəhşət bürümüşdü, necə ola bilər ki, bu qədər ailə evsiz qalır, heç kim narahat deyil. Məmurlar isə ancaq öz münasibət və əlaqəlrini düşünür, xalqı, milləti düşünən yoxdur. Artıq bizi Prezident Adminstrasiyasının qəbul şöbəsindəki bütün işçilər, hərbi qorumalar, polislər tanıyır çay, kofe təklif etməkdən belə çəkinmirlər. İllər ərzində Prezident Adminstrasiyası ikinci evimizə çevrilib, fərq ondadır ki, burda bizim sözümüz keçmir. Məmurların əvəzinə Qəbul şöbəsini işçiləri narahat olub utana-utana soruşurlar sizin iş həll olunmadı? Bizim iş də həllini tapmır ki, tapmır. Akif Əlizadə bizim mənzil məsəlsini Bozqaya kimi tilsimə salıb, bu tilsimi sındırmaq o tərəfə dursun, heç Akif Əlizadəyə söz deməyə həddi olan məmur yoxdur. Nəhayət uzun “araşdırmadan” sonra yenə hədə dolu xəbər aldıq ki, Mənzil Komisiyası Akif Əlizadənin göstərişi ilə yataqxanada yaşayan 54 ailəyə mənzil vermək qərarını qəbul edib. Sonradan nəticəsi ləğv olununan, sakinlərin üzərində ekperiment kimi aparılan lazımsız püşk atma keçirilərək bizim mənzil almaq hüququmuz pozdular. Atılmış püşklər sürpirizli şəkildə ləğv edildi. Mənzil verilənlərin mənzilləri əllərindən alınıb başqalarına satıldı. Biz yenə də küçələrdə idik, günlərlə AMEA-nın əsas binası qarşısında gözlədik ki, bəlkə Akif Əlizadə bizim vəziyyətimizi başa düşər. Amma, o hər dəfə yanımızdan bizi görməzdən gələrək saymazyana keçib getdi. Çox get-gəllərdən sonra bizi qəbul edən F.Abdullayev Yataqxana sakinlərini kateqoriyalara böldüklərini qeyd edərək “Sizin kateqoriyadan olanlara AMEA ev verməyəcək” deyə qeyd edib işlərinii bitmiş elan etdi. Çünki biz şikayətə getmişik, biz haqqımızı axtarmışıq. Ancaq sonradan məlum oldu ki, püşkatma zamanı verilən evləri, sonradan əllərindən alınan 0,5 ştatla işləyən bir neçə yataqxana sakininə 16 mərtəbəli binanin 17-ci mərtəbəsində və Buzovna qəsəbəsində mənzil ayrılıb. Artıq 7 ildir ki, yataqxana və sakinləri göydələnlərin kölgəsində çürüyür. Biz günəş üzü görmürük.Yataqxanadakı şərait haqqında bu günlərdə yataqxana otağı təklif olunmuş Fəlsəfə institunun əməkdaşı Yasəmən Qaraqoyunlunun da ah-naləsini, tüğyanını gordünüz. Bilmək istəyirik ki, niyə Akif Əlizadənin gözü doymaq bilmir, onlarla mənzili, villası olan 85 yaşlı adam daha nə istiyir, niyə bu yazıq sakinlərə qarşı zalımlıq edir. Akif Əlizadə Sizin göstərişinizdən kənara çıxır, buna görə ona heç nə deyilmir, amma onun göstərişi ilə bizim mənzilimiz əlimizdən alınıb satılır, yaşadığımız yataqxana otağının qapısı zorla sındırılı açar dəyişdirilir. Akif Əlizadə özünü qolu zorlu qoçu kimi, kənxuda kimi aparır. Buna da Prezident Adminstrasiyası göz yumur. Axı niyə Akif Əlizadə bu günə törətdiyi qanunsuz əməlləri ilə şah kimi yaşayır. Bizi isə məcbur edir ki, öz doğma vətənimizdə qaçqın kimi yaşayaq. Niyə biz alimlər əzilməliyik? Niyə harınlamış, qanunu heçə sayan Akif Əlizadə cəzalandırılmır? Ən azından Akif Əlizadə ölkə başçısının anasına verdiyi dəyərə görə cəza almalıdır. Görünür Akif Əlizadənin havadarları buna imkan vermir, çünki onun var-dövləti çoxdur. Çünki onun kəsdiyi başın sorğu- sualı yoxdur. Belə olmasaydı bir ömür yataqxananın 18 m2 otağında yaşayan ən az 10 il iş təcrübəsi olan əməkdaşlarını, öz şəxsi ambisiyasından yola çıxaraq bütün mövcud qanunları tapdalayıb mənzillərini satıb talamazdı. Biz Sizə çox güvənirik, Sizə olan güvənimizdən, inamımızdan doğan səmimiyyətlə sizə səslənirik! Cənab Prezident istəyirik ki, növbəti müşavirələrinizdən birində bizim mənzil problemimiz haqqında göstəriş verəsiniz ki, bu problem də həllini tapsın, AMEA prezidenti Akif Əlizadə və əlaltilari da layiqli cəzalarını alsınlar.