Aİ Şimali Makedoniya və Albaniya ilə üzvlük danışıqlarına başlayır

55

Avropa İttifaqı (Aİ) Şimali Makedoniya və Albaniya ilə bloka üzvlük danışıqlarının başladığını elan edib.
Prosesin başladığını elan edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Şimali Makedoniya Baş naziri Dimitar Kovaçevski və Albaniya Baş naziri Edi Rama ilə keçirdiyi birgə mətbuat konfransında bunu “tarixi an” adlandırıb.
Von der Leyen iki ölkənin qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə islahatlarını yüksək qiymətləndirdiyini deyib və bunu liderlərin və xalqın uğuru adlandırıb.
“Şimali Makedoniya və Albaniya hökumətləri islahatları təkcə Aİ-yə daxil olmaq üçün deyil, ölkələri üçün xeyirli olduğuna və artıq xalq üçün daha yaxşı həyat keyfiyyəti təmin etdiyinə görə həyata keçirib”, – o qeyd edib.
Xatırladaq ki, Şimali Makedoniya 2005-ci ildə Aİ-yə namizəd olub, Albaniyaya isə 2014-cü ildə bu status verilib. Danışıqlar prosesi Şimali Makedoniya ilə Bolqarıstan arasında dil və tarixi məsələlərlə bağlı mübahisə səbəbindən 2020-ci ildən dayandırılıb.