Aİ səfiri Azərbaycan xalqının Qurban bayramını təbrik edib

68

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Elchi.az xəbər verir ki, Aİ diplomatı bu barədə “Twitter“də paylaşım edib.

“Əziz azərbaycanlı dostlar, Sizi, dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Sizə, xoşbəxtlik, əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”, – diplomat bildirib.