Ağalılar evlərinə çatdı – FOTOLAR

37

İyulun 23-də Zəngilan rayonunun Ağalı kəndinə yola düşən daha 10 ailə öz doğma yurduna çatıb.

Elchi.az xəbər verir ki, sevinc və qürur hissləri ilə Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb və onların xoş təəssüratları dinləyib.

Doğma torpağa dönən zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdikdən sonra burada tikinti-quruculuq işləri geniş vüsət alıb. Nəticədə ötən dövr ərzində Ağalı kəndində lazımi infrastruktur yaradılıb. Kənd hazırda doğma sakinlərinə qucaq açıb.

Bu böyük dönüşlə nəinki Şərqi Zəngəzurda, o cümlədən Zəngilanda həyat öz axarına qayıdır.