Ağalı məktəbində 61 şagird oxuyacaq

46

Sentyabrın 15-də Zəngilanın Ağalı kənd məktəbində ilk zəng çalınacaq.

Elchi.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Nazirlik rəsmisi bildirib ki, Ağalı kəndində kifayət qədər sakin məskunlaşıb.

“61 uşaq məktəbə qeydiyyatdan keçib, 18 uşaq isə bağça yaşlıdır” – deyə E. Əliyev vurğulayıb.