Ağ Evdən “Şimal axını”nın tamamilə bağlanmasına reaksiya

60

Moskva enerjidən Avropaya təzyiq aləti kimi istifadə etməkdə davam edir.
Bu barədə “Röyters” ABŞ Milli Təhlükəsizlik Şurasının adı çəkilməyən nümayəndəsinə istinadən məlumat yayıb.
“Rusiyanın enerjidən avropalı istehlakçılara qarşı silah kimi istifadə etməsi heç də təəccüblü deyil”, – o bildirib.
Nümayəndənin sözlərinə görə, ABŞ və Avropa tədarükü kifayət qədər təmin edilməsi üçün birlikdə çalışır:
“Bu səylər nəticəsində Avropanın qaz anbarları qış isitmə mövsümünə qədər doldurulacaq”.