Azərbaycan demokrat partiyasının mətbuat xidmətinin yaydığı məlumata görə partiyanının fəal üzvü Rübail Əliyev və partiya üzvü olmayan tənqidçi yazar Həmzəzadə Rəşad naməlum mülki şəxslər tərəfindən maşına basılaraq qaçırılmışdır.Hadisə şahidi olan Tamella Səmədovanin partiyaya verdiyi məlumata görə,bu gun 4 iyul 2014 cü il tarixində onlar, partiya qərəgahında gənclərlə təyin etdikləri görüşə gələrkən ADP binasi yaxınlığında “köhnə çapayev”yaxınlığında qəfildən bizə yaxınlaşan qara”ceep”markali nomrəsiz aftomabildən düşən şəxslər gəncləri zorla maşına asib qaçırdılar.Tamella xanımın verdiyi məlumata görə,yaxınlıqdakı insanlar hadisəyə müdaxilə etmək istədikdə”qolu zorlular”biz hökümət adamlarıyıq deyərək insanları təhdid etdilər.
Əldə etdiyimiz məlumata əsasən ADP qərargahında keçən ay kı toplantıların birində Rəşad Həmzəzadə və Rübail Əliyev siyasi fəaliyət və yazdıqlarından dolayı ölümlə təhdid edildiklərini söyləmişdilər.
P.s.Son olaraq onuda bildirək ki, qaçırılan Rəşad Həmzəzadə heç bir partiya üzvü olmasa belə onun mətbuatda gedən tənqidi yaziları, habelə mitinqlərdə və mitinq öncəsi fəaliyətinə görə qaçrılması heçdə şübhə yaratmır.