Abşeronda 7 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq öldü

1

Abşeron rayonunda azyaşlının binadan yıxılaraq ölməsi ilə bağlı bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində qeydə alınıb.

Belə ki, bina 4, ev 32 ünvanında yaşayan 2013-cü il təvəllüdlü autizm sindromlu Ə.Məmmədov yaşadığı binanın 6-cı mərtəbəsindəki 26 saylı mənzilin yataq otağının pəncərəsindən yıxılaraq ölüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.