“Bir neçə gün əvvəl Qərb və Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinə və son vaxtlar ciddi müzakirə predmeti olan Sülh Sazişinə yanaşmada ortaya qoyduqları fərq barədə yazmışdım.
Son müşahidələrim ABŞ və Rusiyanın Qarabağ məsləsinə münasibətdə ortaya qoyulan fərqlə bağlıdır.
Rusiya – Ruben Vardanyanı Qarabağa transfer edir və ona vəzifə verilməsini təmin etməyə çalışır”.
Elchi.az xəbər verir ki, bu fikirləri hərbi jurnalist Asəf Quliyev FB hesabında bildirib:
“ABŞ – Rəsmi Bakının Qarabağ erməniləri ilə təmaslarını və müzakirələr aparmasını təşviq edir. Ermənistan buna razıdır. Azərbaycan xarici işlər naziri isə ötən gün ABŞ dövlət katibi və Ermənistan xarici işlər naziri ilə apardığı telefon danışığında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini bildirib”.
Şayəstə