“Bu gün diqqətimi üç detal cəlb etdi:
Erməni mediası iddia etdi ki, Azərbaycan Naxçıvandan hücuma hazırlaşır.
Orduya “könüllü” axını təşkil edilir və onlara “gözlənilən Azərbaycan işğali”na qarşı müqavimət sürətli təlimi verilir.
İran iddia edir ki, Azərbaycan bizim çıxışımizi bağlamaq üçün əməliyyat edir”.
Elchi.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli FB hesabında qeyd edib:
“Bu üç detalı necə dəyərləndirə bilərik? Deməli, Naxçıvan adı göstərir ki, əslində məsələ Türkiyənin münaqişəyə cəlb edilməsi ssenarisidir.
Könüllülər məsələsinə gəldikdə, dəqiq baş verəcək bir proses haqda görünür ki, kəşfiyyat işləyir.
İran münaqişəyə müdaxilə etməkdən çox qərarlı görünür.
Lakin ABŞ və İran tandemi o zaman uğurlu ola bilər ki, Azərbaycan – Rusiya – Türkiyə üçlüyü zəif ola”.
Yeganə