ABŞ və müttəfiqləri Şimali Koreyanın nüvə proqramını prioritet problem sayır

51

ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın nüvə proqramını prioritet problem saymaq barədə razılaşıblar.

Elchi.az “Renhap” agentliyinə istinadən xəbər verir ki, İndoneziyada keçirilən G20 Sammiti zamanı Cənubi Koreya XİN başçısı Pak Cin, ABŞ Dövlət katibi Entoni Blinken və Yaponiya XİN rəhbəri Yesimasa Hayasi Şimali Koreyanın nüvə proqramını təhlükə sayaraq, rəsmi Pxenyanın danışıqlar masasına qayıtmasının vacibliyin vurğulayıblar.

Üç ölkə diplomatı həmçinin, Çinlə bağlı potensial problemləri də müzakirə ediblər.