“ABŞ və İsrail İranda hakim rejimin dəyişməsini istəmir”-Politoloq

51

“İranda keçirilən etiraz aksiyaları hakim elita arasında kəskinləşən mübarizənin nəticəsidir. Bu etirazları idarə edən lider yoxdur və proseslərdə xalqı küçələrə çıxardan sistem daxilində fikir ayrılıqlarından irəli gəlir”.

Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə FB hesabında qeyd edib:

“Ali dini rəhbər S. Ə. Xameneinin xəstə olması və səhhətinin getdikcə pisləşməsi qruplar arasında bu post uğrunda mübarizə başlayıb. İranda etirazlar sistem daxilində idarə edilən bir etirazı və müsbət bir nəticə gözlənilmir.
Bir neçə gündən sonra qruplar ortaq məxrəcə gəlib, etirazları dayandıracaq.
Amma, bundan ABŞ və İsrail istifadə edib, sistemə təzyiqlər edə bilər. ABŞ və İsrail İranda hakim rejimin dəyişməsini istəmir. Çünki İran xofu yaradıb, ərəb ölkələrinə təzyiq edirlər.
Qeyd edim ki, İran Ermənistan Azərbaycan sərhəddinə yaxın qoşun göndərib. Və Zəngəzur dəhlizinin açılmasına qarşıdır. İranı zəiflətmək və bu proseslərdən kənar tutmaq üçün bu etirazların davam etməsi və hakimiyyətə problem yaratmaq üçün Türkiyə və Azərbaycan istifadə edə bilər”.

Yeganə