ABŞ Ukraynaya F-16 və “Patriont” verir?

43

Ukrayna ABŞ-la F-16 təyyarələri, “Patriot” hava hücumundan müdafiə sistemləri və Grey Eagle PUA-larının tədarükü ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib.

Elchi.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

Bildirilir ki, Ukrayna bu silahları ABŞ-dan açıq şəkildə tələb etməyi dayandırıb:

“Ukrayna artıq müharibənin gedişatını dəyişdirə biləcək silahların axtarışını pərdə arxasında davam edir. Belə ki, onlar son həftələrdə hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələrin tədarükü ilə bağlı yüksək səsli çağırışlardan sakit danışıqlara keçid edib. Hazırda “Patriot” problemi ilə bağlı müzakirələr ABŞ Müdafiə Nazirliyində ilkin mərhələdə olsa da, yekun qərar prezidenti Co Bayden tərəfindən veriləcək”.

Nəşr qeyd edir ki, “Patriot”la bağlı müsbət qərarın verilməsinə maneələrdən biri də hava hücumundan müdafiə sistemlərinin nisbətən az olmasıdır. Çünki ABŞ bu sistemləri Avropa, Yaxın Şərq və Sakit okean regionlarında olan müttəfiq ölkələrdə yerləşdirib.