ABŞ Prezidenti Co Bayden Ukraynaya 600 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“ABŞ Dövlət katibinə Ukraynaya yardım üçün 600 milyon dollara qədər vəsait ayırmaq səlahiyyətini verirəm”, – Bayden bildirib.
Pentaqon isə qeyd edib ki, paketə HİMARS raket sistemləri üçün döyüş sursatı, gecəgörmə sistemləri, minatəmizləmə avadanlıqları, 105 və 155 mm-lik artilleriya mərmiləri və digər avadanlıqlar daxil olacaq.
İtaliya NATO-nun Ukrayna ilə bağlı gözlənilən qərarı ilə bağlı məlumat yayıb
NATO Ukraynadakı münaqişəyə birbaşa müdaxilədən imtina edən bəyannaməni təsdiq edə bilər. Elchi.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della...