ABŞ Ukraynaya 580 PUA göndərəcək

48

ABŞ Prezidenti Co Bayden Ukrayna üçün yeni hərbi yardım paketini imzalayıb.

Elchi.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Paketin ümumi dəyəri 270 milyon dollardır. Yeni hərbi yardım paketinə 580 ədəd “Phoenix Ghost” pilotsuz uçuş aparatları da daxildir.

ABŞ, həmçinin yeni paket çərçivəsində Ukraynaya 4 ədəd HIMARS raket buraxılış qurğusu, 36 min mərmi və tank əleyhinə silahlar göndərəcək.