Vaşinqtonun kafedral kilsəsində ilk dəfə Cümə namazı qılınıb. Elchi.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, ilk cümə namazına məhdud sayda müsəlman dəvət edilib.
Cənubi Afrikanın ABŞ-dakı səfiri İbrahim Rəsul, bəzi müsəlman qeyri-hökumət təşkilatlarının liderlərinin də iştirak etdiyi cümə namazında 100-ə yaxın insan iştirak edib.
Cənubi Afrikanın ABŞ-dakı səfiri İ. Rəsul qeyd edib ki, daxili ornamentləri qədim məscidlərin arxitekturasını xatırlatdığına görə məhz bu kilsəni seçiblər.
Qeyd edək ki, bu kilsədə bəzi ABŞ prezidentlərinin andiçmə mərasimləri keçirilib .